Bakı sakini xəbəri olmadan şirkətdə işçi kimi qeydiyyata götürülüb. Bu haqda bu gün, 6 noyabr tarixində Oxu.az məlumat yayıb.
60 yaşlı R.Əhmədova il yarımdır ki, “Maximilian Pottenstein” şirkətində müətəxəssis kimi qeydiyyatda olduğunu aşkar edib. Ona hər ay 160 manat əməkhaqqı yazıldığını da qeyd edib.
Zərərçəkən faktla bağlı Sabunçu rayon prokurorluğuna müraciət edib.