18:08 - Yenilənib
Yanğın söndürülüb.
18:02 - DSX sədri hadisə yerinə gəlib
Hadisə yerinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və rəhbər heyəti gəlib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
17:24 - DSX-da yanğın
Dövlət Sərhəd Xidmətinin akademiyasında yanğın başlayıb. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğınsöndürmə işləri davam edir.