top
Ermənistan hərbi silahlıları “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutublar: nazirlikdən açıqlama
15 iyun 2023, 04:27
- ↺ +

Ermənistan hərbi silahlıları “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutublar: nazirlikdən açıqlama

Ermənistan Silahlı Qüvvələrinin iki snayperi zərərsizləşdirilib - YENİLƏNİB

Caliber.az-dan verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyətini atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi məhv edilib.

 

14:49 - Ermənistan hərbi silahlıları Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması ilə bağlı açıqlama verib - YENİLƏNİB

“DSX-nin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və hazırda vəziyyəti stabildir.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır”, - Baş Prokurorluğun məlumatında qeyd edilib.

 

11:30 - Ermənistan hərbi silahlıları “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutublar: nazirlikdən açıqlama

Müdafiə Nazirliyi bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində atəş açması ilə bağlı məlumat yayıb.

"İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - Müdafiə Nazirliyinin açıqlamada deyilir.

 

09:59 - Ermənistan hərbi silahlıları “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutublar

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində atəş açılıb. Atışma üzbəüz erməni postundan Azərbaycanın dövlət bayrağının qaldırılma mərasimi zamanı həyata keçirilib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.

Atəş nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.

Hazırda vəziyyət Azərbaycan bölmələrinin nəzarətindədir, atışmalardan sonra erməni hərbçiləri postlarını tərk ediblər.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
Bu gün, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
Bu gün, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
Bu gün, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
Bu gün, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
Bu gün, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
Bu gün, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
Bu gün, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
Bu gün, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
Bu gün, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
Dünən, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
Dünən, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
Dünən, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
Dünən, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
Dünən, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
Dünən, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
Dünən, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
Dünən, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Dünən, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
Dünən, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbər
Dünən, 12:20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Dünən, 11:34

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Xəbər
Dünən, 10:31

"Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm" - Tanınmış aktyor

Xəbər
Dünən, 09:45

Maştağa və Buzovnada qaz kəsiləcək

Oxşar xəbərlər