Bakının Binəqədi rayonunda yerləşən “FAB Boya” şirkətinə məxsus zavodda oğurluq baş verib. Bu haqda bu gün, 22 dekabr tarixində Qafqazinfo məlumat verib.
Hadisə ilə bağlı şirkətin rəhbərliyi polisə müraciət edib. Müraciətdə bildirilib ki, zavoddan 10.000 manat dəyərində boya oğurlanıb.
"FAB Boya və Kimya Sənayesi" MMC məhsullarını 2001-ci ildən Azərbaycan bazarında təqdim edir.