Abşeron rayonu, Fatmayı qəsəbəsində 20 dekabr tarixində faciəvi yol qəzası baş verib. Bu haqda məlumatı bu gün, 21 dekabrda APA paylaşıb.
Hadisə təhlükəsizlik kamerasına düşüb. Belə ki, 8 yaşlı Ömər Ələsgərov avtobusun dayandığını görərək yolun hərəkət hissəsinə qaçıb. Bu zaman onu əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı avtomobilini idarə edən 19 yaşlı Fəzri Xubyarov vurub. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.