Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Adıçəkilən qəsəbədə yerləşən avtoyuma məntəqəsində işləyən Qalib Rzayev avtomobilin salonunun istilik sistemini qoşub və içəridə yuxuya gedib. Nəticədə dəm qazının salona dolması səbəbindən Q.Rzayev zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.