Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.
Qəza nəticəsində mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Problemi aradan qaldırmaq üçün əraziyə yol polisi cəlb olunub.