Ötən gün Kürdəmir rayonunda baş vermiş qəzada xəsarət alan şəxs Bakıya gətirilib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı-Ələt-Qazax-Gürcüstan yolunda baş vermiş qəza zamanı xəsarət alan 8 nəfərdən 7-si ambulator müalicədən sonra evə buraxılıb. 1 nəfər qadın isə vəziyyəti ağır olduğuna görə Bakıya gətirilib.
Ötən gün adıçəkilən ərazidə mikroavtobusla “KamAZ” markalı yük avtomobili toqquşub. Nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.