Bakının Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, 56 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzildə yanğın baş verib. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.