Bakı Apellyasiya Məhkəməsi 9 il həbsdə olan məhkuma bəraət verib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qərara əsasən, yenidən aparılan araşdırma zamanı Astara rayon sakini, 62 yaşlı Aydın Qəhrəmanovun günahsız olduğu müəyyən edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
2003-cü ildə Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayeva dərmandan zəhərlənərək olmüşdülər. Araşdırma zamanı məlum olub ki, Aydın Qəhrəmanov dərmanı qadınlara yuxu dərmanı adı ilə verərək qəsdən öldürüb. 6 il davam edən məhkəmədən sonra 2013-cü ildə o, ömürlük həbs olunmuşdur.
9 il sonra yenidən apellyasiyaya müraciət edən məhkum dərmanları müalicə məqsədilə verdiyini iddia edib. Şikayət təmin olunaraq o, azadlığa buraxılıb.