Maliyyə Piramidasının dələduz üzvləri saxlanılıb. Bu haqda bu gün, 29 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva saxlanılıblar.
Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərini inandırıblar. Piramidaya qoşulan şəxslərə üç fərqli paket təqdim olunub. Seçilən paketə görə oyun, təhsil, turizm və digər sahələrlə əlaqəli platformalarda endirimlər əldə edəcəkləri vəd olunub.
Həmçinin, “Crowd-1”-ə cəlb edilən hər bir şəxsə və onların ödədikləri pullardan aylıq gəlir əldə edəcəkləri bildirilib. Şirkət zərərçəkənlərə 99-dan 2499 avroya qədər ödəniş paketləri təklif edib.
Şübhəli şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Crowd-1” dələduzluq sxemi 2018-ci ildə xarici ölkələrdən birində yaradılıb.
[caption id="attachment_16089" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]