Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evi yanıb. Bu haqda bu gün, 29 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahə 675 kv.m olan üçmərtəbəli evin ikinci və mansard şəklində olan üçüncü mərtəbəsi 450 kv.m sahədə tamamilə yanıb. Eləcə də, birinci mərtəbəsinin tavanı 24 kv.m sahədə kül olub.
Alışmanın səbəbi araşdırılır.