Bakı Metropolitenində polis tərəfindən əməliyyat keçirilib, borclu qismində axtarışda olan şəxs tutulub. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbir zamanı Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb.
Şəxsi baxış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.