Polisin keçirdiyi əməliyyat zamanı keçmiş məhkumdan metamfetamin aşkar edilib. Bu haqda 12 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Saxlanılan paytaxt sakini Mahir Qonşuyevin üzərində metamfetamin aşkar olunub. Verilən məlumata görə, kişi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub. O, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuşdur.
Araşdırmalar zamanı Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifə yaradaraq, əsasən, gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı məlum olub.
Hadisə ilə bağli cinayət işi açılıb. Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.