Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində bir şirkətin ərazisindən elektrik kabeli oğurlanıb. Bu haqda bu gün, 24 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Elnur Baloğlanov və Vüqar Tahirov şirkət ərazisindən ümumilikdə 4600 AZN dəyərində 340 m-lik elektrik kabeli oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.