Paytaxtın Nərimanov rayonunda yeniyetmə avtoqəzaya düşüb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
13 yaşlı Nihad Səmədov 2 avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.