Bakıda yük avtomobilində yanğın baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 5 iyul tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonunda “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Avtomobil yanğından mühafizə olunub.