Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az xəbər verir.
“Mitsubishi” markalı avtomobil hərəkətdə olan zaman sürücü qəfil əyləci sıxıb. Bu zaman arxadan gələn “Hyundai” markalı nəqliyyat vasitəsi birinciyə çarpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Ərazidə sıxlıq yaranıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunblar. Araşdırmalar davam edir.
[caption id="attachment_85142" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]