Bakının Nəsimi rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 17 dekabr tarixində Report məlumat verib.
38 yaşlı Ceyhun Heydərov avtomobil yolunu keçərkən onu nəqliyyat vasitəsi vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.