Paytaxtın Nəsimi rayonunda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ağcabədi rayon sakini Elgün Hüseynov 2 nəfərin mobil telefonunu və pulqabısını, çay evindən və uşaq bağçasından televizor və tikiş maşını, “VAZ-2104” markalı avtomobildən pul və maqnitofon, eləcə də bir qadının içərisində bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.