Bakının Nəsimi rayonunda ofislərin birində qadının əl çantasından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polisə müraciət edən Bakı sakini olan qadın bildirib ki, onun çantasından 500 manat pul və 1400 manat dəyərində qızıl əşya oğurlanıb.
Aparılan tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən Şəmkir rayon sakini İlkin Abbasov tutulub. Faktla bağlı araşdırma aparılır.