Paytaxtın Nəsimi rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 31 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
33 yaşlı Günay Əliyeva yolu keçən zaman onu avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.