Paytaxtın Nəsimi rayonunda bir nəfəri talayan şəxs tutulub. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev Bakı şəhər sakini M.İbiyevin pulunu və mobil telefonunu zorla talamaqda şübhəli bilinir.
Onunla bağlı araşdırmalar davam edir.