Narkotik qəbul edib maşın sürən 2 nəfər saxlanılıb. Bu haqda 14 dekabr tarixində Daxili İşlər Nazirliyi xəbər verib.
Bakı-Quba yolundakı postda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən Bakı şəhər sakinləri saxlanılıb. Saxlanılanlar “Toyota” markalı avtomobillərin sürücüləri İlham Səfərov və Kamran Əbilovdur. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2, 333.4 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.
Abşeron rayon məhkəməsinin qərarı ilə Səfərov 1 il, Əbilov isə 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.