Bakıda 7 il əvvəl gecə klubunda qətl törədən kriminal aləmin üzvü tutulub. Bu haqda 19 noyabr tarixində APA xəbər verib.
16 avqust 2014-ci ildə Bakıda kriminal aləmin üzvü İbrahim Muxtarov gecə klubunda Böyükağa Əliyevi qətlə yetirmişdir. 7 il interpol xətti ilə axtarışa verilən 31 yaşlı Muxtarov saxlanılıb və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi açılıb.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.