Paytaxt ərazisində saxlanılan avtomobildən odlu silah aşkarlanıb. Bu haqda bu gün, 16 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Yardımlı rayon sakini 24 yaşlı Samir Əmirovun idarə etdiyi qeydiyyat nişanı olmayan “Chevrolet” markalı avtomobildən 1 ədəd "Makarov" PM tipli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 4 qramdan çox metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Şübhəli şəxs 4 ay müddətinə həbs olunub.
Bundan əvvəl, 13 noyabr tarixində paytaxtın Nərimanov rayonunda üzərində qanunsuz olaraq silah gəzdirən şəxs saxlanılmışdır.