Bu gün Bakı sakininin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Xaçmaz rayonu ərazisində qeydə alınıb. Bu haqda APA 25 dekabr tarixində xəbər verib.
Rayonun girişində baş verən qəzada 6 maşın toqquşub. Hadisə nəticəsində paytaxt sakini Samir İskəndərov hadisə yerində ölüb. Digər yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam edir.