Bakı sakini Qubada narkotiklə tutulub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 15 noyabr tarixində xəbər verir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata əsasən, narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov Qubada saxlanılıb.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.