Pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəxs saxlanılıb. Bu haqda 17 dekabr tarixində Report xəbər verib.
Masazır qəsəbəsində polisin keçirdiyi reyd zamanı ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli satışı ilə məşğul olan Bakı sakini Elvin Mirizadə saxlanılıb. Onun mağazasından pirotexniki vasitələr aşkar olunub.
Mirizadəyə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.