Psixiatriya xəstəxanasının şöbə müdiri korrupsiyada ittiham olunur. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidov 2022-ci ilin mart-dekabr aylarında vəzifəsindən istifadə etməklə müxtəlif şəxslərdən rüşvət alaraq, onlara tibbi sənəd verməkdə ittiham olunur.
Onun barəsində cinayət işi açılıb, toplanan sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Araşdırmalar davam edir.