Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən qadını hədələyərək pul tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb. Bu haqda Report məlumat yayıb.
Məlumatda qeyd edilib ki, İbadzadə Bakı şəhər sakini olan qadından videosunu yayacağı ilə hədələyərək 7000 dollar tələb edib.
Faktla bağlı hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanıb.