Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
19 yaşlı Yusif Rəşidov yolu keçən zaman onu avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, koma vəziyyətindədir.
Təfərrüatlar araşdırılır.