Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Hyundai” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetməni itirib və yol kənarındakı maneəyə çarpılıb. Nəticədə sürücü avtomobildə sıxılı vəziyyətdə qalaraq dünyasını dəyişib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.
Faktla bağlı araşdırma aparılır.