Qaradağ rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı yaşayış evində baş verib. Nəticədə tikili tamamilə kül olub. Ona bitişik ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin taxta atmaları isə qarsalanıb. Ətrafdakı digər infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.