Qubada “patı” satan Bakı şəhər sakini saxlanılıb. Bu haqda 25 noyabr tarixində Report xəbər verib.
Quba Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Quba sakini Etibar Mirzəməmmədov və Bakı şəhər sakini Ənvər Aslanov saxlanılıblar. Onların üzərində metamfetamin və heroin aşkar olunub.
Faktlarla bağlı araşdırma davam edir.