İran vətəndaşına kuryerlik edən Bakı sakini tutulub. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Baba Sadıqov Qobustanda saxlanılıb. Onun üzərində “Kalaşnikov” markalı avtomat, 40 ədəd patron və 1 ədəd daraq aşkar edilib.
B.Sadıqov silahı İran vətəndaşından aldığını və pul qarşılığında Qobustan rayonundan Bakı şəhərinə aparmağa razılaşdığını qeyd edib.
Faktla bağlı araşdırmaya başlanılıb.