Paytaxtın Səbail rayonunda oğurluq edən 2 nəfər tutulub. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Ş.Rəcəbov və N.Muradov adıçəkilən rayon ərazisində bir nəfərin içərisində pul və sənəd olan pulqabısını, digərinin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırmalar davam edir.