Dələduzluğa görə həbs olunan Ramin Hacılının cəzası azaldılıb. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Apellyasiya məhkəməsinin qərarı ilə təqsirkarın cəzası 6 ay azaldılıb. Ramin Hacılıya 7 il 7 ay 14 gün müddətinə həbs cəzası verilmişdi.
Məhkum bir neçə şəxslə əlbir olaraq ABŞ, Kanada və Avropa ölkələrinə saxta vizalar düzəldərək satmaqda ittiham olunub.