Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində mağazaların birində qadından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan müraciətə əsasən, qəsəbə sakini olan qadının içərisində 1196 manatı və sənədləri olan pulqabısı oğurlanıb.
Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.