Bakının Suraxanı rayonunda avtomobil alışıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.