Bakının Yasamal rayonu, Tbilisi prospektində minik avtomobili alışıb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az məlumat verir.
10-ST-432 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili işıqforda dayanarkən qəflətən yanmağa başlayıb.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları və ətrafdakı vətəndaşlar yanğını söndürməkdə sürücüyə kömək ediblər.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
[caption id="attachment_85816" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]