top
“Trans Səbiş” və dostları Bakı sakinini hədələyiblər
13 fevral 2023, 01:07
- ↺ +

“Trans Səbiş” və dostları Bakı sakinini hədələyiblər

Xırdalan şəhərində 3 nəfər Bakı sakinini hədələyərək ondan pul alıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az DİN-ə istinadən xəbər verir.

Polisə 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını almaları barəsində məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, “Instagram” sosial şəbəkəsindəki səhifəsini ələ keçirmələri, cari il yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları da müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi

başlanılıb. Araşdırma aparılır.

Qafqazinfo.az-dan alınan məlumata əsasən, Qismət Soltanov sosial şəbəkələrdə "trans Səbiş" ləqəbi ilə tanınan şəxsdir. O, daha əvvəl də Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə komendantın köşkünə bıçaqla hücum çəkmişdi.

Son xəbərlər

Xəbər
Bu gün, 15:22

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Xəbər
Bu gün, 14:39

Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI

Xəbər
Bu gün, 13:38

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 12:50

Bakı aeroportunda ƏMƏLİYYAT: əcnəbi 4 milyonluq brilyantla TUTULDU

Xəbər
Bu gün, 11:50

Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi

Xəbər
Bu gün, 11:18

Cavan Zeynallı: "Heç vaxt pulun arxasınca qaçmamışam"

Xəbər
Bu gün, 10:52

Araq içib qadını söyən tiktoker SAXLANILDI

Xəbər
Bu gün, 10:01

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Xəbər
Bu gün, 09:34

Bakıda məmur arvadını televizor pultu ilə döydü

Xəbər
Bu gün, 08:53

Cabir İmanovun vəfatından bir il ötür

Xəbər
Dünən, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Dünən, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Dünən, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Dünən, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Xəbər
Dünən, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Dünən, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Dünən, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Dünən, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Dünən, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Dünən, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Dünən, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Dünən, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Oxşar xəbərlər