Bakının Xətai rayonunun Ukrayna dairəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 27 dekabr tarixində APA məlumat verib.
Hərəkətdə olan “Kia” markalı minik avtomobili “Toyota Prius”la toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[URIS id=84738]