Bakıda vəzifəli şəxsləri hədələyərək pul tələb edən 2 nəfər barəsində cinayət işi açılıb. Bu haqda bu gün, 13 dekabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
“Cəmiyyət İnformasiya Agentliyi” MMC-nin təsisçisi Asəf Novruzov və faktiki redaktor vəzifələrini icra edən Məhsud Səfərov müxtəlif şəxslərdən ümumilikdə 2900 manat pul tələb ediblər. Əks halda onlar barəsində həqiqət olmayan rüsvayedici məlumatları idarə etdikləri xəbər platformalarında paylaşacaqlarını bildiriblər.
Onlar barəsində məlumatlar toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.