Bakının Xətai rayonunda piyadanın iştirakı ilə yol qəzası qeydə alınıb. Bu haqda bu gün, 23 dekabr tarixində Apa.az məlumat verib.
Hadisə Gəncə prospektində baş verib. 17 yaşlı Məhəmməd Zeynalov yolun əks tərəfinə keçmək istəyərkən onu minik maşını vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.