Paytaxtın Xətai rayonunda kütləvi bıçaqlanma baş verib. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonundakı xəstəxanaların birinə 3 nəfər bıçaq xəsarətləri ilə yerləşdirilib. Onlardan 1 nəfər - Nemət Həsənovu xilas etmək mümkün olmayıb.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.