Paytaxtın Xətai rayonunda piyada qadını avtomobil vurub. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
49 yaşlı Natalya Babayeva yolu keçən zaman onu avtomobil vurub. Nəticədə yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.