Paytaxtın Xətai rayonunda əl qumbarasının başlığı tapılıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bakının adıçəkilən rayonunda 1 ədəd “UZRQM-2” tipli əl qumbarasının başlığı aşkarlanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Başlıq zərərsizləşdirilərək ərazidən uzaqlaşdırılıb.
Daha sonra həmin əraziyə baxış keçirilib və təhlükəli digər əşya aşkar edilməyib.