Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən doqquzmərtəbəli binanın liftində iki nəfər qalıb. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in xilasetmə briqadası cəlb edilib. Liftin texniki nasazlıq səbəbindən binanın 4-cü mərtəbəsində dayandığı və içərisində biri azyaşlı olmaqla iki nəfərin köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
FHN-in əməkdaşları hər iki şəxsi liftdən çıxararaq xilas ediblər.