Paytaxtın Xətai rayonunda avtomobildə yanğın baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində başlayıb. Nəqliyyat vasitəsinin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.